Xəzər Xəbər

İstanbuldan Bakıya ilk xüsusi aviareys həyata keçirilib

Cəmiyyət | 16:56 • 1 İyul 2020
İstanbuldan Bakıya ilk xüsusi aviareys həyata keçirilib

Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə "Azərbaycan Hava Yolları”nın (AZAL), iki dəfə isə "Türk Hava Yolları”nın (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reyslərə başlanılıb. İlk xüsusi aviareys bu gün Türkiyə saatı ilə 6:44-də İstanbuldan Bakıya olub.


AZƏRTAC xəbər verir ki, AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nin aviareysləri isə çərşənbə və cümə günlərində həyata keçiriləcək.


Qeyd edək ki, bu reyslərə yalnız hər iki ölkənin müvafiq qurumları tərəfindən verilən COVID-19 testinin cavabı neqativ olan sərnişinlər qəbul edilir.


Xatırladaq ki, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti