Xəzər Xəbər

Qaydaları pozanların imtahanı dərhal dayandırılacaq - XƏBƏRDARLIQ

Cəmiyyət | 12:55 • 8 İyun 2020
Qaydaları pozanların imtahanı dərhal dayandırılacaq -

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan "ProctorDİM" adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 9-da növbəti onlayn sınaq imtahanı keçiriləcək.

Mərkəzdən xezerxeber.az-a verilən məlumata görə, imtahanda iştirak ödənişsizdir. İmtahana qeydiyyat 8 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 9-da saat 12:00-da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 500 istifadəçinin iştirakı planlaşdırılır.

Yeni sınaq imtahanında 5 iyunda təqdim olunan test tapşırıqlarından istifadə olunacaq.

İmtahana yalnız aşağıda qeyd olunan vaxtda imtahanda iştirak etmək imkanı olan şəxslərin yazılması tövsiyə olunur. Bundan əlavə, 5 iyunda keçirilən imtahanda davranış qaydalarını (imtahan otağını tərk edib qayıtmaq, kiminləsə danışmaq və s.) 20-yə yaxın şəxs pozsa da, proqramı və nəzarət sistemini yoxlamaq məqsədilə onlara imtahanlarını başa çatdırmaq imkanı yaradılmışdır.

9 iyunda keçiriləcək imtahanda isə qaydaları pozan şəxslərin imtahanı dərhal dayandırılacaq.

Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

İmtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verə bilərlər.

Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında "Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti