Xəzər Xəbər

Kərə yağı patogen bakteriyalar üçün əlverişli mühit yaradır

Cəmiyyət | 12:06 • 6 İyun 2020
Kərə yağı patogen bakteriyalar üçün əlverişli mühit yaradır

Rusiyalı bioloqlar kərə yağının tərkibində olan bakteriyaların tərkibini və keyfiyyətini sadalayıblar.

"Food” jurnalında bu barədə məqalə nəşr edilib.

Bu məhsulun təhlükəli qida mikroblarının öyrənilməsi üçün əlverişli olduğu məlum olub. Professor Yevgeni Popov bildirib ki, kərə yağının patogen bakteriyalar üçün əlverişli mühit yaratdığı ilk dəfə açıqlanır.

Əvvəllər alimlər yağın bakteriyaların böyüməsinə güclü müdaxiləsinigüman etdikləri üçün onun içərisində olan mikroorqanizmləri tədqiq etmirdilər. Tədqiqatçıların fikrincə, artıq yağın keyfiyyətinə və təhlükəsizliyinə dair yoxlamalar sərtləşdirilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasına görə, hər il təxminən 600 milyon insan qidadan zəhərlənir. Onlardan təxminən 420 min nəfəri qida içərisində patogen və ya şərti patogen bakteriyaların olması nəticəsində yaranan infeksiyalardan ölüb. Kütləvi qida zəhərlənmələrinə təkcə inkişaf etməkdə deyil, həm də keyfiyyətə nəzarətin yüksək olduğu inkişaf etmiş ölkələrdə rast gəlinir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti