Xəzər Xəbər

"COVID 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər

Cəmiyyət | 12:03 • 30 May 2020
"COVID 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər

"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər.


Bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.


Onun sözlərinə görə, "COVID 19" pasportunun Azərbaycanda tətbiqi məsələsi uçuşlar bərpa olunduqdan sonra müzakirə olunacaq:


"İndidən bu sistemin tətbiqi ilə bağlı danışmaq tezdir. Hələ ki, sərhədlərin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddəti iyunun 15-dək uzadılıb. "COVID 19" pasportu ilə bağlı müzakirələr aparıldıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Qeyd edək ki, "COVID 19" pasportu beynəlxalq təcrübədə tətbiq olunan bir sistemdir. Avropada ilk olaraq bu sistemdən istifadəni Xorvatiyanın baş naziri Gari Cappelli təklif edib.


"COVID 19" pasportunda koronavirus testinin nəticəsi, keçirilmə tarixi və sağlamlıq haqqında arayış qeyd olunması nəzərdə tutulur. İnsanların bu pasportdan səyahət zamanı istifadə etmələri planlaşdırılır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti