Xəzər Xəbər

"Qapalı yerlərdə maskadan istifadə etməyənlər cərimələnməlidir"

Cəmiyyət | 11:15 • 25 May 2020
"Qapalı yerlərdə maskadan istifadə etməyənlər cərimələnməlidir"

Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir.


Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.


Adları sadalanan ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan baş infeksionist qeyd edib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi yerlərdə maska taxmırlar.


Bununla insanların sosial məsuliyyətsizlik nümayiş etdirdiklərini deyən C.İsayev bildirib ki, maskadan istifadə virusun yayılmasının qarşısını almağa yardım edir:


"Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Maska hava-damcı infeksiyasının yayılmasının qarşısının alınmasında əsas vasitələrdəndir. Burada təkcə koronavirusdan deyil, hava-damcı yolu ilə yayılan bütün xəstəliklərdən söhbət gedir. Buna görə də hazırkı şəraitdə maskanın taxılması mütləqdir”.


C.İsayev qeyd edib ki, küçədə sərbəst şəkildə, tək gəzən insan maskadan istifadə etməyə bilər:


"Amma insan hər hansı qapalı məkana, 10 nəfərin cəmləşdiyi qrupa yaxınlaşırsa, maskadan istifadə etməlidir. Belə hallarda maskadan istifadə edilmə vacib şərtdir. Buna riyaət etməyənlərə qarşı da cərimənin tətbiqi yaxşı olardı”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti