Xəzər Xəbər

Karantin dövründə iftar məclisləri keçirilməlidir? Hacı Şahindən AÇIQLAMA

Cəmiyyət | 15:27 • 15 May 2020
Karantin dövründə iftar məclisləri keçirilməlidir?

Son günlər mediada ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən karantin qaydalarını pozaraq kütləvi şəkildə iftar məclisləri təşkil edənlərlə bağlı məlumatlar yer alır.

Məsələ ilə bağlı Publika.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, karantin rejimində kütləvi iftar məclislərinin təşkil olunması məqsədəuyğun deyil:

"Hazırda karantin rejimində yaşadığımız üçün dini ayinlərin icrası ilə bağlı da müəyyən dəyişikliklər həyata keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin də fətvasında qeyd olunurdu ki, bu il Qədr gecəsi məclisləri, əhya mərasimləri camaatla birgə, kütləvi şəkildə icra olunmayacaq. Din xadimləri canlı yayım vasitəsilə insanlara müraciət edirlər. İnsanlar da evlərində həmin ayinləri icra edirlər. Ona görə də kütləvi iftar məclislərinin təşkil olunması düzgün deyil”.

QMİ rəsmisi qeyd edib ki, bu kimi toplantılar insanların virusa yoluxma təhlükəsini artırdığı üçün bundan çəkinmək lazımdır. Hacı Şahin Həsənli iftar süfrələrini hər bir insanın öz ailəsi, doğmaları və yaxınları ilə birgə açmasının tərəfdarıdır:

"İnsanlar iftar məclislərini evində təşkil etsə və məhdud çevrə ilə iftar açsa daha yaxşdır. Çünki Qurani-Kərimdə də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. İnsan özünü təhlükəyə atırsa, buna görə məsuliyyət daşıyır. İftar məclisləri də kütləvi olarsa yoluxmaya səbəb olar. Bu da bir növ insanın özünü təhlükəyə atması ola bilər. Ona görə də insanlar özlərini qorumalıdır və bu qısa müddət ərzində iftarı evdə açmalıdırlar. Gələn il yenə də iftar məclisləri təşkil olunacaq. Bu çətinliyin ömrü qısadır, çalışmaq lazımdır bu qısa müddətdə qaydalara riayət edək ki, tezliklə çətinlikdən xilas ola bilək. İftar süfrəsi bəhanəsi ilə həddindən artıq kütləvi məclislərin keçirilməsi düzgün deyil”.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti