Xəzər Xəbər

Səbaildə gizli şəkildə fəliyyət göstərən kafe aşkar edilib

Cəmiyyət | 11:45 • 9 Aprel 2020
Səbaildə gizli şəkildə fəliyyət göstərən kafe aşkar edilib

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən "Şərur” kafesinin xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərdiyi aşkar olunub. Həmin kafenin sahibi Xətai rayonunda yaşayan Azər Nağıyev və obyektdə olan 3 nəfər müştəri saxlanılaraq Səbail RPİ-nin 41-ci polis bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilən barəsində polis bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Azər Nağıyev barəsində isə toplanan materiallara hüquqi qiymət verilərək qərar qəbul olunması üçün məhkəməyə göndərilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti