Xəzər Xəbər

Bu iki bitki bütün virusları YOX EDİR Azərbaycanlı həkimdən MÜHÜM TÖVSİYƏ

Cəmiyyət | 18:50 • 8 Aprel 2020
Bu iki bitki bütün virusları YOX EDİR

"Müxtəlif virus, infeksiyalı xəstəliklərin yayılması zamanı ilk növbədə yuxarı tənəffüs yollarını qorumaq lazımdır”.

Bu sözləri Publika.az-a fitoterapevt, bioenergetik Rafiq Cərullayevdeyib.

O, qeyd edib ki, əvvəllər zavod, fabrik olmadığından kətandan maskalar hazırlanırdı:

"Müdafiə olunmaq üçün burnu və ağzı maska ilə möhkəm bağlamaq lazımdır. 5 qat hazırlanmış kətandan istifadə olunmalıdır. Bu kətan maskaları dezinfeksiya üçün evdə özümüz də hazırlaya bilərik. Önəmli olan odur ki, gigiyenik tələblərə cavab versin”.

Fitoterapevt infeksiyalara qarşı ev şəraitində hazırlaya biləcəyimiz faydalı bir neçə dəmləmə tövsiyə görüb:

"Evkalipt yarpaqlarından istifadə olunması məsləhətdir. Bu bitkinin yarpaqlarından hazırlanan dəmləmələr boğazdakı, ağciyərdəki mikrob və bakteriyaları, infeksiyaları məhv edir. Hətta yara və qanqrenanı sağaldır. İspan qripi, xolera, tif xəstəliyi yayılan zamanlarda (epidemiyalarda) gəcavər bitkisinin kökündən istifadə olunub. Bu bitkinin dəmləməsi ilə əlləri yumaq, boğazı tez-tez yaxalamaq lazımdır. Gündə 3-4 dəfə 1 yemək qaşığı daxilə qəbul olunması məsləhətdir”.

Cərullayev indiki məqamda immuniteti gücləndirməyin önəmli olduğunu vurğulayıb:

"Bədənin zəifləməsi zamanı məlakə otunun kökündən hazırlanmış məhlullar daxilə qəbul olunur. Bu bitki bədənin gücünü artırır, zəifliyi aradan qaldırır”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti