Xəzər Xəbər

Əhaliyə pulsuz tibbi maskalar paylanılır - FOTO

Cəmiyyət | 21:05 • 6 Aprel 2020
Əhaliyə pulsuz tibbi maskalar paylanılır -

Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Evdə qal!” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

Xezerxeber.az xəbər verir ki, əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə mərkəzlərin könüllüləri və ictimai əsaslarla komitə əməkdaşları tərəfindən tibbi maskalar hazırlanıb. Tikilən 1000-ə yaxın maska sterilizə edilərək bir qismi bu günlərdə Zaqatala, Goranboy və Şüvəlanda ehtiyacı olan ailələr arasında, eləcə də apteklərə təmənnasız paylanılıb. Tibbi maskaların qalan hissəsinin növbəti günlərdə digər bölgələrdə də vətəndaşların istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda, "Evdə qal!” aksiyası çərçivəsində Göygöl, Zaqatala, İsmayıllı, Qəbələ, Sabirabad və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları onlayn və zəng vasitəsilə 67-i uşaq, 24-ü isə ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib. Peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilən müraciətlər əsasən emosional gərginlik, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və s. məsələlərlə bağlı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz bir yerdə güclüyük!” çağırışına cavab olaraq başladılan sosial aksiya davam etdiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməklə evdə qalmağa, tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti