Xəzər Xəbər

Nazirlik: Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsinə dair sərəncamın icrası müzakirə olunur

Cəmiyyət | 13:06 • 6 Aprel 2020
Nazirlik: Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsinə dair sərəncamın icrası müzakirə olunur

"Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən 04 aprel 2020-ci il tarixində təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”na əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat məbləğində kompensasiya nəzərdə tutulub. Bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

E. Məmmədov bildirib ki, təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür: "Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair).

Xahiş edirəm nəzərə alasınız ki, hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir. Qərar qəbul və elan ediləndən sonra, verilən bütün suallara dəqiq cavab vermək olacaq”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti