Xəzər Xəbər

Azərbaycanda bir ildə havaya buraxılan zərərli maddələrin çəkisi açıqlandı

Cəmiyyət | 16:21 • 1 Aprel 2020
Azərbaycanda bir ildə havaya buraxılan zərərli maddələrin çəkisi açıqlandı

2019-cu ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2018-ci illə müqayisədə, 900 ton artaraq, ümumilikdə 1122,1 min ton təşkil edib.

Bu barədə Dövlət Statisktika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, çirkləndirici maddələrin 84,2 faizi və ya 945,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 3,5 faiz artıb, avtomobillərdən atılmış maddələrin həcmi isə 0,5 faiz azalıb.

Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində6,2 min ton, Sumqayıt şəhərində 0,4 min ton, Şirvan şəhərində 0,02 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 59,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib.

Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 41,9 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Atmosferə atılmış bütün zərərli tullantıların 66faizini karbohidrogenlər, 12,6 faizini azot oksidi, 9,1 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti