Xəzər Xəbər

“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”

Cəmiyyət | 08:38 • 27 Mart 2020
 “Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”

"Bu gün karantində olanların sayı 3300-dən çoxdur, onların əksəriyyəti xaricdən gələnlərdir”.

Xezerxeber.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, 25 məntəqədə karantin evi var:

"Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır. Xəstəxanaya müraciət edən, pnevmoniya diaqnozu qoyulan və digər simptomları olan şəxslərdən yaxma götürülür. Testlər nəticəsində müəyyən olunur ki, onlarda da virus var və yayılma da var. Bunun daha da genişlənəcəyini nəzərə alaraq, ölkə üzrə virusla mübarizəyə 21 xəstəxana ayrılıb. Xəstəxanalara lazım olan avadanlıq, tibbi persona və tibbi ləvazimatların çatışmazlığı aradan qaldırılıb. Bakı şəhərində 6, regionlarda 15 xəstəxana ayrılıb. Artıq regionda aşkar olunan xəstələr öz rayonlarında, Bakıda çıxanlar isə paytaxtdakı xəstəxanalarda yerləşdirilir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti