Xəzər Xəbər

Əhalini məlumatlandırmaq məqsədi ilə hazırlanan www.koronavirus.az saytı gələn həftə istifadəyə veriləcək

Cəmiyyət | 17:04 • 13 Mart 2020
 Əhalini məlumatlandırmaq məqsədi ilə hazırlanan www.koronavirus.az saytı gələn həftə istifadəyə veriləcək

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM ) koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə yeni sayt hazırlayır.


İSİM-dən xezerxeber.az-a verilən məlumata görə, gələn həftə izləyicilərin ixtiyarına veriləcək www.koronavirus.az veb saytında təsdiqlənmiş, sübutlu təbabətə əsaslanan materiallar yer alacaq.


Məlum olduğu kimi, hazırda xəbər saytları və sosial şəbəkələrdə hər gün bu xəstəliklə bağlı əsası olmayan müxtəlif materiallar yayımlanır, onların bəziləri isə nəinki yanlışdır, hətta sağlamlıq üçün ciddi təhlükə törədir.


Yeni saytın yaradılmasında əsas məqsəd – koronavirus (COVID-19) xəstəliyi barədə ictimaiyyətə təsdiqlənmiş doğru məlumatları, Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər və profilaktik tədbirlər barədə operativ xəbərləri çatdırmaqdır.


Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC), BMT-nin Uşaq Fondu (UNICEF) və digər beynəlxalq təşkilatların təlimat və tövsiyələri, materialları saytda geniş oxucu auditoriyasına təqdim ediləcək. Saytın materialları həmçinin izləyicilərə İSİM-in rəsmi saytında yaradılan Koronavirus haqqında məlumat bölməsində (https://www.isim.az/az//pages/55-Koronavirus) təqdim olunacaq.


İSİM xəstəliklə mübarizə və profilaktika tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə bütün müəssisə və təşkilatları əməkdaşlığa dəvət edərək, bir daha əhalini təsdiqlənmiş, əsaslı məlumatlara inanmağa çağırır.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti