Xəzər Xəbər

DYP hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

Cəmiyyət | 15:29 • 2 Mart 2020
DYP hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

İdarədən xezerxeber.az-a daxil olan müraciətdə bildirilib ki, respublikanın əksər bölgələrində hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar sutkanın qaranlıq vaxtında hərəkət istiqamətində görmə şəraitinin məhdudlaşmasını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, sürət həddini müəyyən edilmiş maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələrini, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, habelə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini tövsiyə edir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti