Xəzər Xəbər

Xəzər dənizi sintetik torlardan təmizlənir - FOTO

Cəmiyyət | 11:04 • 17 Fevral 2020
Xəzər dənizi sintetik torlardan təmizlənir -

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Regional Ekologiya İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti reydi Xəzər dənizinin Xaçmaz rayonu İstisu qəsəbəsi və Niyazoba kəndi ətrafında keçirib. Bunu jurnalistlərə 5 saylı Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov bildirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a bildirilib ki, reyd zamanı sözügedən ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib: "Faktla bağlı akt tərtib olunub. Qadağan olunmuş sintetik torların kim tərəfindən qurulduğunu müəyyən etmək və qanunamüvafiq tədbirlər görmək məqsədilə Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır".


V.Cavadov hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti