Xəzər Xəbər

Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edən 3 nəfərin kimliyi bilindi

Cəmiyyət | 09:53 • 3 Fevral 2020
Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edən 3 nəfərin kimliyi bilindi

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən 3 nəfərin adı məlum olub.


Trend-in məlumatına görə, həmin şəxslər - 1997-ci il təvəllüdlü Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 1996-cı il təvəllüdlü Zhenghai Liu Youshadır.


Azərbaycan vətəndaşı Abdul Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. E.Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib.


Çin vətəndaşı Zhenghai Liu Yousha isə Bakı Dövlət Universitetinin Tarix fakultəsində amerikasünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsidir.


Müraciət edənlərdən analizlər götürülsə də, onlardan heç birində koronavirus əlamətləri aşkar edilməyib. A.Atiba və E.Mamiyev müayinə olunduqdan sonra evə buraxılsa da, Zhenghai Liu Yousha yanvarın 27-də xəstəxanaya qəbul edilib və hazırda karantində saxlanılır. Zhenghai Liu Youshanın atası Çində həmin virusdan dünyasını dəyişdiyi üçün o, karantində saxlanılır.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti