Xəzər Xəbər

ÜST: Azərbaycanda indiyədək koronavirus qeydə alınmayıb

Cəmiyyət | 17:45 • 29 Yanvar 2020
 ÜST: Azərbaycanda indiyədək koronavirus qeydə alınmayıb

"Azərbaycanda indiyədək koronavirusla bağlı hər hansı xəstə qeydə alınmayıb. Şübhəli xəstə də yoxdur. Aidiyyəti qurumlar bu vəziyyətlə bağlı işləyir”.


Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.


O bildirib ki, ÜST-ün Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır: "Azərbaycana da bu xəstəlik böyük ehtimalla gələcək. Bütün dünyaya yayılacaq, çünki yeni virusdur. Yeni virusun özəlliyi budur ki, dünyada heç kim bundan qoruna bilmir. Çünki əvvəl heç kim bu virusla qarşılaşmayıb. Bu virus insandan insana sürətli şəkildə keçərək bir gün Azərbaycana da gələcək. Gəldiyi zaman vacib olan doğru diaqnozun qoyulması, qabaqlayıcı tədbirlərin görülməsidir”.


H. Harmancı qeyd edib ki, Nazirlər Kabineti tərəfindən virusa qarşı tədbirlərlə əlaqədar müşavirə keçirilməsi, İşçi Qrupun yaradılması görülməli olan tədbirlərdir: "Belə tədbirlərin görülməsi koronavirus olmasa da lazımdır. Hər qış buna bənzər hallar olur. Ona görə də bu kimi vəziyyətlərə hazır olmaq lazımdır”.


Onun sözlərinə görə, indiyədək dünyada 4593 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 106 nəfəri ölüb: "Ölüm halları yalnız Çindədir, başqa ölkələrdə ölüm halı yoxdur. Bundan başqa 14 ölkədə 56 nəfərdə koronovirusa yoluxma halı qeydə alınıb. Avropa ölkələrindən Fransada 3, Almaniyada 1 yoluxma halı olub. Xəstəliklə bağlı ölüm göstəricisi 2-4 faizdir. Bu, yüksək rəqəm deyil”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti