Xəzər Xəbər

Azərbaycanda koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

Cəmiyyət | 13:53 • 28 Yanvar 2020
 Azərbaycanda koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

Koronavirus "2019-nCoV" virusuna qarşı həyata keçiriləcək əks-epidemik tədbirlər ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin "İnfeksion xəstəliklərə nəzarət üzrə işçi qrupu”nun Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri ilə birgə iclası keçirilib.


TƏBİB-dən xezerxeber.az-a verilən xəbərə görə, iclası giriş sözü ilə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açaraq Çin Xalq Respublikasında 2019-cu ilin dekabr ayında yeni aşkar edilmiş Koronavirus "2019-nCoV” virusuna qarşı respublikanın sərhəd-keçid məntəqələrində və müalicə müəssisələrində təcili olaraq yerinə yetirilməli infeksion nəzarət tədbirlərindən danışıb. İclasda sözügedən virusun dünyada və respublika səviyyəsində mövcud epidemioloji vəziyyəti barədə, virusun növləri, yayılma arealı, virusun xarici mühitdə davamlılığı, xəstəlikdən mövcud ölüm səviyyəsi barədə məlumat verilib. Qeydə alına biləcək "2019-nCoV” infeksiyasına qarşı əks-epidemik tədbirlərin Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində həyata keçirilməsi, Respublikanın hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, Çindən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi, infeksiyaya şübhəli olan şəxslərin sərhəd-keçid məntəqələrinin karantin otaqlarında izolyasiya edilməsi, şübhəli hal barədə "103” təcili yardım xidmətinin məlumatlandırması, Bakı şəhərində yerləşən sərhəd-keçid məntəqələrində aşkar edilmiş şəxslərin həmin karantin otaqlarından "103” təcili yardım xidməti ilə daşınaraq xüsusi ayrılmış xəstəxanaların infeksion şöbələrinə yerləşdirilməsi, Respublikanın rayonlarında yerləşən sərhəd-keçid məntəqələrinə uyğun olaraq həmin rayonların Mərkəzi Rayon Xəstəxanalarının infeksion şöbələrində iki infeksion palatanın hazırlıq vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti