Xəzər Xəbər

Seysmoloji Mərkəz: Türkiyədəki zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur

Cəmiyyət | 14:23 • 25 Yanvar 2020
 Seysmoloji Mərkəz: Türkiyədəki zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur

"Türkiyənin ərazisi seysmik baxımdan çox aktiv bölgədir. Orada bir sıra aktiv qırılmalar var. Axırıncı baş verən zəlzələlər də ərazidə aktivliyin yüksək olduğunu göstərdi”.


Xezerxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.


Onun sözlərinə görə, bu zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur.


"Azərbaycan ərazisi də seysmik bölgədə yerləşir. Lakin bizim ərazimizdəki qırılmaların nə Türkiyə, nə də digər qonşu ölkələrlə əlaqəsi yoxdur. Seysmik bölgələrdə vaxtaşırı hiss olunan və ya hiss olunmayan təkanlar baş verir. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə birmənalı şəkildə heç kim zəlzələ olacaq və ya olmayacaq tipli proqnoz verə bilməz”, - deyə o vurğulayıb.


Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.


Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.


Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti