Xəzər Xəbər

Altsheymerin İLK ƏLAMƏTİ bəlli oldu İybilmə duyğusu zəifləyibsə...

Cəmiyyət | 10:13 • 3 Dekabr 2019
Altsheymerin İLK ƏLAMƏTİ bəlli oldu

Yemək istəyinin xarakterlə sıx bağlı olduğu üzə çıxıb.

XəzərXəbər xəbər verir ki, araşdırmalarda acı yeməkləri sevənlərin xaraktercə sərt, şirin təamları sevənlərin isə mülayim olduğu üzə çıxıb.

Türkiyəli lor cərrah Esin Yalçınkaya qoxu duyğusunun insanın daxili instinkti ilə bağlı olduğunu ifadə edərək, ana ilə körpə arasındakı bağın qurulmasında və ya aşiq olduğumuz insanda qoxunun əhəmiyyətli yeri olduğunu söyləyib. Cərrah qoxu hissinin insanın xoşbəxtliyi üzərində də təsirli olduğunu vurğulayaraq, qoxu qabiliyyəti zəif olanların xoşbəxtlik stimulunun, hissiyyatı güclü olanlarla müqayisədə aşağı olduğunu bildirib.

Yalçınkaya qoxuların yaddaşı təzələmək və gücləndirmək funksiyaları olduğunu da nəzərə çatdırıb:

"Altsheymer hər şeyi unutmaq deməkdir. Bu xəstəliyin ilkin əlamətlərindən biri odur ki, iybilmə duyğusu sıradan çıxır. Bədən qoxusunun dəyişməsi də bəzi xəstəliklərin əlaməti ola bilər. Məsələn, metabolik xəstəliklərdən xəbər verə bilər”.

Ekspert qoxunun dadla sıx əlaqəli olduğunu və qoxu duyumu olmayan insanların dad alma duyğusunun da olmadığını qeyd edib. Daha sonra o, yemək üstünlüklərinə görə fərdi xüsusiyyətlərin dəyişdiyini ifadə edib:

"Elmi araşdırmalar göstərir ki, acı sevənlər sərt, şirinə üstünlük verənlər isə mülayimdir. Eyni zamanda ədviyyatlı yemək sevənlərin həyəcan axtarışında olduğu deyilir.

Dad duyğusu bədənin ehtiyaclarını anlamağa kömək edir. Məsələn, ürəyimiz şirin və ya duzlu bir yemək istəyirsə, deməli, bədənimiz buna ehtiyac duyur. Odur ki, insanlar dad duyumlarına güvənməlidir. Ancaq qidaların genetikası hazırda dəyişdirildiyi üçün bu, bir az çaşdırıcı ola bilər”.

publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti