Xəzər Xəbər

Kontakt və optik linzaların fərqi

Cəmiyyət | 12:56 • 27 Noyabr 2019
Kontakt və optik linzaların fərqi

Qəlbin aynası olan gözlər görmə qabiliyyətinin əsas təminatçısıdır. Onların sağlamlığı və müdafiəsi hər kəs üçün zəruridir.


Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirovanın AZƏRTAC-a verdiyi məlumat görə, fərqlilik və gözəllik axtaran bir qrup insan dəyişiklik məqsədilə linzalardan istifadə etdiyi halda digər qrup görmə qabiliyyəti zəif olduğundan onlara ehtiyac duyur: "Müasir oftalmologiyada həm kontakt, həm də optik, yaxud intrakulyar linzalardan istifadə olunur. Gözlərin rəngini dəyişdiyi, parıltı verdiyi, eynəkləri əvəz etdiyi üçün onlara olan tələbat yüksəkdir. Eynək taxmağa kompleksi olanlar üçün də linzalardan istifadə etmək əlverişlidir. Kontakt linzalar buynuz qişanın ön səthinə qoyulur və xəstə onu çıxarıb taxa bilər. Lakin onlardan istifadə zamanı çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Əks halda sağlamlıq üçün ciddi təhlükə yarada bilər. İntrakulyar linza isə bulanmış bülluru əvəz edir və cərrah tərəfindən yerləşdirilir”.


Onun dediyinə görə, estetik məqsədlə istifadə olunanlar kontakt, görmə qabiliyyəti üçün istifadə olunanlar isə optik linzalar adlanır. Onların hər birinin müəyyən yararlılıq müddəti olur: günlük, həftəlik, aylıq, altı aylıq, illik və daha uzunmüddətli. Linzaları həkim təyin etməli və gözün ona hazır olması dəqiqləşdirilməlidr. Həmin vasitədən mütəmadi istifadə buynuz qişasının normal qidalanmasına mane olur. Odur ki, gigiyena qaydalarına əməl etmək vacibdir. Əllər təmiz yuyulmalı, linzaya toxunmamışdan əvvəl dezinfeksiya olunmalı, saxlama qabı və suyu vaxtında dəyişdirilməlidir. Tamamilə eynəkdən imtina edərək yalnız linzadan istifadə etmək qətiyyən doğru deyil. Eynəyin korreksiyası linzadan daha effektivdir. Unutmaq lazım deyil ki, linzalardan yanlış istifadə edilməsi görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Onu da qeyd edək ki, oftalmoloqlar gözlərin sağlamlığına təhlükə yaratmamaq üçün linzadan mümkün qədər istifadə etməməyi məsləhət görürlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti