Xəzər Xəbər

Dünyada 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir

Cəmiyyət | 12:57 • 20 Noyabr 2019
Dünyada 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir

Xroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il noyabrın ikinci və ya üçüncü həftəsində qeyd olunur.


Xroniki kəskinləşən ağciyər xəstəliyi - ağciyərlərdən hava axınının hərəkətinin davamlı olaraq pozulması ilə müşayiət olunan bir sıra xəstəliklərin ümumi adıdır. Əvvəllər "xroniki bronxit”, və "emfizema” adlandırılan xəstəliklər də indi həmin sıraya aid edilir.


Dünya Səhiyyə Təşkilatının məlumatına görə, yer üzündə 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik nəticəsində ölənlərin 90 faizi aşağı və orta səviyyəli həyat şəraitinə malik ölkələrin payına düşür. Xəstəliyin inkişafının əsas səbəbi siqaret, tütün tüstüsü, havanın çirklənməsi, kimyəvi maddələrin buxarı ilə təmasda olmaqdır.


Xroniki kəskinləşən ağciyər xəstəliyi şəfasız mərəz olsa da, düzgün müalicə onun inkişafını ləngitməyə imkan verir. Həkimlərin ehtimallarına əsasən, yaxın vaxtlarda zəruri profilaktiki tədbirlər görülməsə, bu xəstəlikdən ölənlərin sayı qarşıdakı on ildə 30 faizdən çox artacaq.


Xroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü çərçivəsində xəstəliklə əlaqədar məlumatlandırma və pasiyentlərə kömək göstərilməsi sahəsində qlobal addımlar atılır. Həmin gün dünyanın hər yerində səhiyyə mütəxəssisləri tibbi müayinələr, profilaktik və informasiya tədbirləri aparırlar. Bu sahədə aparılan müxtəlif tədbirlər sırasında siqaretə qarşı mübarizə əhəmiyyətli yer tutur.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti