Xəzər Xəbər

"ASAN xidmət" vasitəsilə 100-dən çox şəxsə ovçuluq bileti verilib

Cəmiyyət | 15:48 • 10 Noyabr 2019
"ASAN xidmət" vasitəsilə 100-dən çox şəxsə ovçuluq bileti verilib

İki ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən çox şəxsə ovçuluq bileti verilib. Lakin hələ ki, xarici ölkə vətəndaşlarına ovçuluq biletlərinin verilməsi nəzərdə tutulmur. Buna səbəb xarici ölkələrin qanunvericiliyinin fərqli olmasıdır.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.


"Ov icazələri nazirliyin vətəndaşların yaşadıqları bölgələrdə fəaliyyət göstərən regional idarələrinə müraciət etmələri ilə verilir. Vətəndaşlar ovçuluq biletlərini həmin idarələrə təqdim edir və icazə alırlar. Lakin ov icazələrinin qiyməti heyvan və quşların növlərindən asılı olaraq dəyişir", - deyə H.Əlizadə qeyd edib.


Qanunsuz ov hallarının payız-qış mövsümlərində daha çox qeydə alındığını bildirən departamentin direktoru deyib: "İnzibati Xətalar Məcəlləsində qanunsuz ova görə cərimələr öz əksini tapıb. Bununla yanaşı, istər yerli, istərsə də xarici vətəndaşlar ov edərkən təbiətə vurduğu ziyana görə əlavə cərimə ödəyirlər. Ümumiyyətlə, təbiətə dəyən zərərin məbləği 400 manatdan çox olarsa, həmin şəxs barəsində cinayət işi açılır".


Nazirliyin rəsmisi bir neçə gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki xarici vətəndaşın ov qaydalarını pozduğuna görə saxlanıldığını və onların hər birinin 2 min manat məbləğində cərimələndiyini deyib. O qeyd edib ki, həmin şəxslərin ölkədən çıxarılması və ya gələcəkdə Azərbaycana səfərinin qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti