Xəzər Xəbər

Dırnaqlarını yeyənlərin nəzərinə Səbəb stress deyil!

Cəmiyyət | 15:57 • 16 Oktyabr 2019
Dırnaqlarını yeyənlərin nəzərinə

Tədqiqatçılar və psixoloqlar uzun müddət dırnaq yemə vərdişinin sıxıntı və stresdən qaynaqlandığını düşünürdü. Bu diaqnoz illərdir cəmiyyət tərəfindən qəbul edilmiş bir fikirdir.

XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, aparılan son araşdırmalara görə, bu davranışın yeni səbəbləri ortaya çıxıb. Şiraz Universitetinin uşaqlar üzərində apardığı araşdırmaların nəticəsində məlum olub ki , dırnaq yeməyin tərgidilməsi üçün müəyyən qadağalar və cəza üsulları buna kömək etmir. Hətta problem və sıxıntıları aradan qaldırılan uşaqlarda da bu davranış pozuntusunun davam etdiyi məlum olub.

Son araşdırmalar zamanı, dırnaq yemənin davamlı adət halı olduğu müəyyən edilib. Bəs bunun səbəbi nədir?

Tədqiqatçılar, dırnaqları yeyən insanların ümumi emosional dinamikalara sahib olduqları qənaətindədirlər. Bu tip insanlarda əvvəlcə "mükəmməl olma" duyğusu önə çıxır. Daha sonra "bağımlı olma" duyğuları aktiv olur. Hətta alimlərin fikrinə görə, əgər bir işin doğru görülməsini istəyirsinizsə onu dırnaqlarını yeyən birinə həvalə edə bilərsiniz.

Çünki dırnaqları yeyən insanlar bunu mütləq nəyəsə diqqət yönəltmək üçün etdiklərinə inanırlar. Qeyd edək ki, dırnaqları yeyən insanlar adətən kitab oxuyarkən, nə isə seyr edərkən, səs dinlədikdə və ya diqqəti tələb edən bir işə başladıqda bunu edirlər. BU onları son dərəcə diqqətli edir.

Araşdırmacıların bir qismi, bu vərdişdən əziyyət çəkənləri rahat buraxmaq lazım olduğunu söyləyir. Digər qrup araşdırmacının fikrinə görə isə, dırnaqdakı bakterialar orqanizm üçün çox təhlükəlidir.Ona görə də, bu vərdişi qəti şəkildə tərgitmək lazımdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti