Xəzər Xəbər

Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlanıb

Cəmiyyət | 15:20 • 15 Oktyabr 2019
Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlanıb

"Azərbaycan Narkoloji Dispanserdə 300 narkotik istifadəçisi olan qadın rəsmi qeydiyyatdadır".


Bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dispanserdə 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır:


"Ümumi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 32 min nəfərdir. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur. Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir. Son illərdə isə opioid istifadəçilərinin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb. Narkotik istifadəçiləri ölkələrdən çox dərman atmağa üstünlük verirlər".


O, bəzi məktəblərdə uşaqların psixotrop maddələrdən istifadə etdiklərini də deyib:


"Qara bazarda satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Psixotrop dərmanlar apteklərdə 3 möhürlü reseptlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən o dərmanlar qara bazara çıxıb.

Məktəblilər də o tipli psixotrop dərmanlardan istifadə edir".


Mərkəz direktoru vurğulayıb ki, narkotik vasitələrdən ölüm halları ilə bağlı statistika hələ açıqlanmayıb. Lakin ölüm faktları qeydə alınır.


A.Manuçəri qeyd edib ki, son aylarda məktəblərdə energetik içkilərdən çox istifadə edirlər:


"Həftədə 1-2 dəfə istifadə ziyan törətmir. Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir. Orqanizm öyrəşir və gələcəkdə uşaqların aktivləşdirici maddələrə meyilləri artır. Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktivdirlər və beyinləri daha yaxşı çalışır. Amma bilməlidirlər ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə, bu, narkotik effekti verir". (APA)

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti