Xəzər Xəbər

AMEA: Talış dağlarında çöl landşaftı meşələri sıxışdırıb, yeni sürüşmə sahələri əmələ gəlib

Cəmiyyət | 14:55 • 24 Sentyabr 2019
AMEA: Talış dağlarında çöl landşaftı meşələri sıxışdırıb, yeni sürüşmə sahələri əmələ gəlib

"Talış dağlarının şimal tərəfində ekolandşaft problemləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, hazırda çöl landşaftı meşə landşaftını sıxışdırır. Meşələr geri çəkilir, onun yerini çöl landşaftı alır. Bu da səhralaşma tendensiyasıdır”.


Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, həmin ərazilərdə yerləşən kəndlərin 30%-də qazlaşdırma aparılmayıb:


"Bu da insanları meşələri qırmağa vardar edir. Meşədə həddən artıq heyvan otarırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəzi yerlərdə baryerlər yaratsa da, bunlar çox deyil. Talış dağlarının Hirkan florası bu qədər zəngin floraya malik dünyada yeganə yerdir. Burada hər 10 hektara 32 növ ağac və kol düşür. Bu göstərici Qafqazın heç yerində yoxdur. Bu meşələr təbiətin bizə verdiyi ən böyük nemətdir. Tədqiqatlar yeni başlayıb, 3 il ərzində bu əraziləri öyrənəcəyik. Görürük ki, meşə landşaftı tədricən geri çəkilir. İldə təxminən 100 metrə qədər geri çəkilmə müşahidə edilir. Böyük sahədə meşəsizləşmiş ərazilər meydana gəlib. Vaxtilə meşələr olan yerdə artıq meşə yoxdur”.


Şöbə müdiri bildirib ki, meşələrin qırılması, yolların salınması, bir sıra kəndlərdə ciddi sürüşmə zonaları əmələ gətirib: "Məsələn, Cəlilabad-Soltankənd yolunda 7 hissədə ciddi sürüşmə müşahidə elədik. Cəlilabad yolunun Ləzran piri deyilən yerində təxminən 700 metrdən çox yol boyunca sürüşmə sahəsi meydana gəlib. Yardımlıda Vərgədüz və Deman kəndləri arasında yeni yol çəkilir. Burada da sürüşmə təhlükəli 500 metrlik ərazi meydana gəlib. Əvvəl bu sürüşmə zonaları yox idi. Bunlar qrunt torpaq olub. Asfalt çəkiləndən sonra sürüşmələr ortaya çıxıb. Bu yerlərdə sürüşmələr çox təhlükəlidir. Yağıntılı dövrdə bu sahələrdə ciddi sürüşmənin olması labüddür. Yerli icra orqanları orada ehtiyat tədbirləri görməlidir. İşlər görülür, amma yetərincə deyil. Müdaxilə edirlər, bu isə sürüşməni fəallaşdırır. Amma burada mütəxəssis müdaxiləsi olduqca vacibdir. Son zamanlar texnogen müdaxilə həddən artıq çoxalıb. Bununla əlaqədar ekolandşaft, ekocoğrafi tədqiqatların genişləndirilməsini qarşıya məqsəd kimi qoymuşuq. Bu tədqiqatlar davam etdiriləcək”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti