Xəzər Xəbər

Kolumbiya Universitetinin professoru: "Azərbaycanda İngilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur"

Cəmiyyət | 14:47 • 23 Sentyabr 2019
Kolumbiya Universitetinin professoru: "Azərbaycanda İngilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur"

"Azərbaycan iqtisadi inkişaf və beyəlxalq əməkdaşlığın yeni sahələrinin stimullaşdırılması üzərində işləyir. Lakin bununla yanaşı, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir”.


Bunu Kolumbiya Universitetinin professoru Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci İllik Konfransının iştirakçılarına müraciətində bildirib. Onun sözlərinə görə, Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur:


"Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər. Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcəkdir.


Azərbaycanın inkişaf yolu təhsildə ruhlandırıcı və transformasiyalı tarixçələrin mövcud olduğunu bizə öyrədir. Lakin müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi və onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyəti ölçüləbilən nəticələr verə bilər. Azərbaycanın standartlaşdırılmış test təcrübələrinin transformasiyasında əldə etdiyi uğurun şahidi olduqca ümid edirəm ki, Azərbaycan millətin təhsili və iqtisadiyyat arasında daha geniş əlaqəni uğurla inkişaf etdirəcək”. (APA)

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti