Xəzər Xəbər

Bakı məktəblərində təmir-tikinti işlərinə dair statistika açıqlanıb

Cəmiyyət | 14:04 • 15 Sentyabr 2019
Bakı məktəblərində təmir-tikinti işlərinə dair statistika açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakıda ümumi təhsil məktəblərində təmir-tikinti işlərinə dair statistikanı açıqlayıb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində əsaslı təmir işləri (39, 113, 129, 101, 90 nömrəli tam orta məktəblər və 25 nömrəli UGİM), 3 məktəbin (154, 205, 208 nömrəli tam orta məktəblər) mövcud binalarının sökülərək yenidən tikintisi, 5 məktəbin (97, 101, 90, 155, 300 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi aparılıb.


Bir təhsil müəssisəsində (251 nömrəli tam orta məktəb) əlavə korpus inşa olunub. "Yasamal" yaşayış kompleksində (Sosial Evlər) 1 yeni məktəb (161 nömrəli tam orta məktəb) tikilib. Eyni zamanda Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən isə Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb tikilərək istifadəyə verilib.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti