Xəzər Xəbər

Bakıda daha iki marşrut xətti birləşdirildi

Cəmiyyət | 15:51 • 9 Sentyabr 2019
Bakıda daha iki marşrut xətti birləşdirildi

Bakı Nəqliyyat Agentliyi optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xəttini birləşdirib.

Bakı Nəqliyyat Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Məlumatda bilrdirilir ki, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilət m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlamasını aradan qaldırmaq məqsədilə bu addım atılıb. Bununla da, kiçik tutumlu avtobuslar nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan Alo141 Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə səbəb olur.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti