Xəzər Xəbər

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Cəmiyyət | 17:52 • 3 Sentyabr 2019
Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 27 mm (aylıq normanın 150 faizi), Zabratda 20 mm (aylıq normanın 116 faizi), Bakıda 18 mm (aylıq normanın 104 faizi), Maştağada 12 mm (aylıq normanın 53 faizi), Binədə 8, Pirallahıda 5 mm, Böyük Qafqazda: Xaltanda 18, Qubada 15, Sarıbaşda (Qax), Qusarda 9, Mərəzədə 8, Oğuz, Altıağac, Kişçayda (Şəki) 6, Xınalıqda 5, Şahdağda 3, Xaçmaz, Şabranda 2, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qırız, Nabranda 0-1 mm, Lənkəran-Astara zonasında: Astarada 7, Biləsuvarda 3, Lənkəran, Neftçalada 1, Mərkəzi aran rayonlarında: Tərtərdə 5, İmişlidə 3, Cəfərxan, Bərdədə 2, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Salyanda 0-1 mm, Qazax-Gəncə zonasında: Zəyəmçay-Ağbaşlar HMM-da (Tovuz) 10.3, Naftalan, Şəmkir, Ağdam, Köçəsgərdə (Ağstafa) 4, Gəncədə 3, Dağkəsəmən, Düz Qışlaqda (Ağstafa) 2, Ceyrançöl, Tovuz, Ağstafada 1 mm, Kiçik Qafqazda: Dəstəfürçay-Qaraqollar HMM-da 21 mm (aylıq normanın 52 faizi), Gəncəçay-Gədəmiş HMM-da (Daşkəsən) 16.2, Çaykənddə (Göygöl) 10.4, Gədəbəydə 14, Göygöldə 10, Daşkəsəndə 8 mm, Naxçıvan MR-da: Sədərəkdə 7, Ağdərədə (Ordubad) 5, Şərurda 4, Şahbuzda 3, Naxçıvanda 2, Ordubadda 1 mm təşkil edib.

Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti