Xəzər Xəbər

Yumurta qabığı orqanizmdə asan həzm edilən kalsium mənbəyidir

Cəmiyyət | 21:15 • 8 Avqust 2019
Yumurta qabığı orqanizmdə asan həzm edilən kalsium mənbəyidir

Yumurta qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium mənbəyidir. Maddələr mübadiləsinin ən geniş yayılmış problemlərindən biri əsasən sümükləri kövrəldən kalsium çatışmazlığıdır.


Xezerxeber.az tibbi saytlara istinadən xəbər verir ki, adi toyuq yumurtası qabığında olan kalsium orqanizmdə ən müasir preparatlarında olandan daha asan mənimsənilir.


Yumurtanın tərkibində 27 faydalı element var. Bir ədəd yumurta qabığından təxminən 1 çay qaşığı toz əldə etmək mümkündür. Həmin tozun yeməyə qarışdırılıb qəbul edilməsi çox faydalıdır. Yumurta qabığı dəriyə sığallı görkəm verir və şəffaflıq bəxş edir, dırnaq və saçları möhkəmləndirir, diş əti qanamalarını azaldır, yuxusuzluğun qarşısını alır.


Yumurta qabığı əziləndən sonra yumurta ilə qarışdırılaraq üzə çəkilir, quruyandan sonra ilıq su ilə yuyulur.


Çaydan ərp bağlayarkən və qazanın dibini yağ tutarkən təmizlik vasitəsi kimi də ondan istifadə etmək olar.


Yumurta qabıqları bir parça torbaya qoyulur və ağ paltarlar yuyularkən onun paltaryuyan maşına atılması ağ paltarları bəmbəyaz edir.


Hətta dibçək bitkilərinin dibinə tökdükdə onları qurumağa qoymur. Yumurta tozu gübrə kimi bitkilərin dibinə töküləndə ziyanvericiləri məhv edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, kalsiumun çox qəbul edilməsi əzələ tutulmasına səbəb olur, təzyiqi qaldırır, ürək döyüntülərini artırır. Zülalla zəngin yumurta qabığının çoxlu faydası olduğu kimi zərərli xüsusiyyətləri də var.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti