Xəzər Xəbər

Cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəmiyyət | 11:49 • 23 İyul 2019
Cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.


Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhər sakini Məmmədov Rasim Hilal oğlunun qardaşı, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Şahmirzə Məmmədova gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan dəsmalın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 0,255 qram metadon aşkar edilib.


Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Mehman Cəmil oğlu ilə qısamüddətli görüşə gələn qohumu Masallı şəhər sakini Hüseynzadə Ziya Akif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş bükülüdə 0,003 qram metadon aşkar edilib.


Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti