Xəzər Xəbər

Azərbaycanda işləyən əhalinin sayı artıb

Cəmiyyət | 13:24 • 19 İyul 2019
Azərbaycanda işləyən əhalinin sayı artıb

2019-cu il iyulun 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 min nəfər olub. Onlardan 4 milyon 915,2 min nəfəri məşğul əhalidir.

Dövlət Statistika Komitəsininin məlumatına görə, 2018-ci il iyulun 1-i vəziyyəti ilə müqayisədə həm iqtisadi fəal əhalinin sayı, həm də iqtisadiyyatda işləyənlərin sayı artıb. Dövr ərzində iqtisadi fəalların sayı 5 milyon 108,9 min nəfər olub. Onlardan 4 milyon 856,5 min nəfərini məşğul əhali təşkil edib.

2019-cu il iyunun 1-i vəziyyətinə görə muzdla işləyənlərin sayı 1 milyon 590,7 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min, qeyri-dövlət sektorunda isə 692,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min, qeyri neft-qaz sektorunda isə 1 milyon 555,7 min nəfər çalışıb.

İyul ayının 1-dək məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 min nəfər artaraq 55,8 min nəfər olub. Onların 34,6 faizi qadınlardan ibarətdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 221,2 manat olub. Bu rəqəm ötən il 287,2 manat təşkil edib.

Bakıdan sonra ən çox işsiz şəxs Sumqayıt, Abşeron, Şəmkir və Salyanda qeydə alınıb.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti