Xəzər Xəbər

BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb

Cəmiyyət | 11:15 • 16 İyul 2019
BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb

Dünya ölkələrinin cəmi 42 faizində torpaq mülkiyyəti ilə bağlı gender bərabərliyi təmin olunub, maliyyə xidmətləri sahəsində isə qadınlar yalnız dövlətlərin 60 faizində kişilərlə eyni hüquqlara malikdirlər. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu təşkilatın Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa gender bərabərliyi və qadınların ictimai həyatda daha fəal iştirakı ilə bağlı keçirilən tədbirdə söyləyib.


Baş Assambleya sədrinin sözlərinə görə, kənd rayonlarının sakinləri, fiziki imkanları məhdud olan şəxslər, yerli xalqların nümayəndələri və yaşlı qadınlar daha çox ayrı-seçkiliyə məruz qalırlar. "Dünyanın heç bir ölkəsi tam olaraq gender bərabərliyini təmin edə bilməyib”, -deyə o vurğulayıb. Fernanda Espinosa əlavə edib ki, qadınların ictimai həyatda fəal iştirakı iqtisadiyyatın və digər sahələrin inkişafına kömək edir.


Xanım Espinosa dünya ölkələrinin liderlərini BMT-nin təşəbbüsünə qoşularaq zərif cinsin nümayəndələrini daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb. Bu təşəbbüs təşkilatın martda keçirilən iclasında irəli sürülüb. "Biz qızların və qadınların hüquqlarını genişləndirmək üçün hansı tədbirlərin görülməsini yaxşı bilirik. Onlar Pekin Bəyannaməsində və 2030-cu ilədək Fəaliyyət Planında əksini tapıb. Bu gün bizə lazım olan isə siyasi iradədir”, -deyə Baş Assambleyanın sədri vurğulayıb. O, aparılan diskussiyaların gender bərabərliyinin təmin olunmasında faydalı olacağına ümidvar olduğunu bildirib gələn il Pekin Bəyannaməsinin 25 illiyinin tamam olacağını xatırladıb. Bu sənəd 1995-ci ildə Çinin paytaxtında keçirilən qadınların vəziyyətinə dair Ümumdünya konfransında qəbul edilib.



Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti