Xəzər Xəbər

Kolleclərə qəbul olunmaq üçün 23 min çox abituriyent ərizəsini təsdiqləyib

Cəmiyyət | 11:43 • 15 İyul 2019
Kolleclərə qəbul olunmaq üçün 23 min çox abituriyent ərizəsini təsdiqləyib

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, iyulun 15-i saat 10:55-ə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23067 abituriyentin (Azərbaycan bölməsi üzrə 22421, rus bölməsi üzrə 646) ərizəsi təsdiqlənib. 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək "ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə "Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.


Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.


İxtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti