Xəzər Xəbər

Qarpızdan zəhərlənməmək üçün bunlara DİQQƏT!

Cəmiyyət | 10:33 • 15 İyul 2019
Qarpızdan zəhərlənməmək üçün bunlara

Qarpız hamının xoşladığı məhsul olsa da, bəzən onun fəsadları ilə üzləşməli oluruq. Qarpız zəhərlənməsi yayda ən çox rast gəlinən qida zəhərlənmələrindən sayılır.

Bəs bundan qorunmaq mümkündürmü? Zəhərlənmədən necə qorunmaq olar? Mütəxəssislər hesab edir ki, qarpız zəhərlənməsi daha çox onun tərkibində azotun miqdarının çox olmasından qaynaqlanır. Qarpızın qabığının sarı olması, onun tərkibində azot miqdarının çox olmasına dəlalət edir. Qarpızı kəsəndə qabığın rənginə diqqət etmək lazımdır. Eyni zamanda qarpızın lətli hissəsi ağ rəngdə olmamalıdır. Bu da azotun çox olmasının göstəricisidir. Bundan başqa, qarpızın lətli hissəsində dəliklər varsa, həmin qarpızı yemək məsləhət görülmür.

Çox böyük ölçülü, eyni zamanda içində böyük boşluq olan qarpızı da yemək düzgün sayılmır. Bildirilir ki, çox böyük qarpız böyümə hormonları, çoxlu kimyəvi maddələr, gübrələr sayəsində bu hala gəlir. Ona görə də qarpız alanda nisbətən kiçik ölçülü olanları seçmək lazımdır. Qarpızı yoxlamaq üçün yeməzdən əvvəl bir hissə kəsib suya qoymaqla yoxlamaq olar. Su parlaq və çəhrayı rəng alsa, bu, qarpızda nitratın çoxluğuna və təhlükəli olduğuna işarədir.

Gözəl görünən qarpızlar aldadıcı ola bilər. Qarpız seçərkən onun yüngül, yoxsa ağır olması da nəzərə alınmalıdır. Ələ alanda daha ağır gələn qarpızları seçmək lazımdır.

Saplağı yaşıl yox, quru olan qarpızlar daha keyfiyyətli sayılır. Saplağı olmayan qarpızları isə almaq məsləhət görülmür. Bundan başqa, kəsilmiş qarpızı almaq düzgün hesab olunmur.

Qarpız zəhərlənməsinin olduğunu necə bilmək olar?

Mütəxəssislərə görə, qarpız zəhərlənməsinin gizli dövrü 2-4 saat çəkir. Qarpız zəhərlənməsi varsa, bulantı, köp, ishal, baş ağrısı, baş gicəllənməsi, titrətmə, qızdırma, çox tərləmə, ürək ritminin pozulması, ümumi halsızlıq kimi əlamətlər yaranır. Bu əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır. Həkimə qədər isə zəhərləmənin qarşısını almaq üçün çoxlu su, sodalı su içmək tövsiyə olunur.

e-tibb.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti