Xəzər Xəbər

Ceyhun Bayramov: "İşə qəbul üzrə ərizə verənlərin sayında rekord göstərici qeydə alınıb"

Cəmiyyət | 11:36 • 12 İyul 2019
Ceyhun Bayramov: "İşə qəbul üzrə ərizə verənlərin sayında rekord göstərici qeydə alınıb"

"Bu il elektron ərizələrini qeydiyyatdan keçirən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir".


Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib.


Nazir qeyd edib ki, test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur: "Hər gün orta hesabla 3800-ə yaxın müəllim test imtahanı verir. Hazırda bütün ölkə üzrə orta məktəblərdə vakant yerlərin sayı dəqiqləşdirilir. Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq. Namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq. Çünki son illərdə Təhsilin inkişafı üzrə strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur. Müəllimlik peşəsinin çox rəqabətli peşəyə çevrilməsinin şahidiyik.


Qeyd edək ki, iyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada başlayaraq müəllimlərin işə qəbulu imtahanı keçirilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti