Xəzər Xəbər

Siqareti tərgidəndən sonra tütün asılılığını aradan qaldırmaq üsulları

Cəmiyyət | 21:11 • 14 İyun 2019
Siqareti tərgidəndən sonra tütün asılılığını aradan qaldırmaq üsulları

Siqaretin tərkibində olan zəhərli maddələr bir çox xəstəliklərə səbəb olmaqla yanaşı asılılıq da yaradır. Ona görə də siqareti tərgidənlər tütündən aldığı damaq zövqünü yeməklərdə axtarır.


Həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi açıqlamaya görə, ilk vaxtlar orqanizmdə nikotinə böyük tələbat olsa da, ondan asılılığı təbii yolla aradan qaldırmaq mümkündür: "Nikotini əvəz edə bilən bir sıra tərəvəzlər var. Məsələn, cəfəri, ispanaq, şüyüd, pomidor, badımcan, gül kələm və s. tərəvəzlərin tərkibində nikotin var və onlarla qidalanmaq orqanizmdə ona olan tələbatı kifayət qədər ödəyir. Siqareti tərgidəndən sonra hər gün yarım stəkan portağal və qreypfrut şirəsi qəbul etmək qıcıqlanmanı aradan qaldırır”.


Onun dediyinə görə tütün asılılığından xilas olmaq üçün kompleks şəkildə mübarizə aparılmalıdır: "Süd və süd məhsulları ilə qidalanmaq da nikotinə həvəsi azaldır. Badam, yerfındığı kimi çərəzlərlə qidalanmaq nikotinə olan tələbatı azaltmaqla yanaşı digər minerallarla zəngin olduğuna görə sinir sisteminə təsir göstərir. Qarabaşaq və yulafla qidalanmaq da bu sahədə faydalı vasitələrdəndir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti