Xəzər Xəbər

Dövlət Komitəsi: Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib

Cəmiyyət | 15:01 • 7 İyun 2019
Dövlət Komitəsi: Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib

"Bu günə qədər Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib”.


Bunu APA-ya Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib.


Onun sözlərinə görə, uşaqların qaraçılar tərəfindən oğurlanaraq uşaq əməyinə və ya hansısa fəaliyyət növünə cəlb edilməsi ilə bağlı Dövlət Komitəsinə hər hansı müraciət daxil olmayıb.


P. Əliyev bildirib ki, Dövlət Komitəsi tərəfindən qaraçılarla bağlı dəfələrlə tədqiqat-araşdırma aparılıb: "Biz onların kompakt yaşadıqları yerlərdə də monitorinq aparmışıq. Qaraçı ailələrində olan uşaqlar onlar tərəfindən dünyaya gətirilən uşaqlardır. Monitorinqlərimiz zamanı da qaraçı ailələrində kənardan götürülmə uşaqlara rast gəlinməyib”.


Dövlət Komitəsinin rəsmisi onu da vurğulayıb ki, 3 yaşlı Zəhra Bağırzadənin qaraçılar tərəfindən qaçırılması hələ rəsmi təsdiqini tapmayıb, bu, ilkin ehtimaldır: "Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırma tam başa çatdıqdan sonra hər şey məlum olacaq”.


Xatırladaq ki, iyunun 4-də evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan 3 yaşlı Z. Bağırzadə ötən gün tapılaraq ailəsinə verilib. Z. Bağırzadəni Masallı rayon sakini Təzəgül Nəzərovanın qaçırdığı məlum olub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti