Xəzər Xəbər

Nazirlikdən avtobus sürücülərinə MÜRACİƏT

Cəmiyyət | 17:33 • 5 İyun 2019
Nazirlikdən avtobus sürücülərinə MÜRACİƏT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobus sürücülərinə müraciət edib.

XəzərXəbər-in məlumatına görə, nazirlik şəhərlərarsı reyslərlə bağlı sürücülərin daha diqqətli olmasını bildirib. Müraciətdə deyilir:

"Bayram günlərində magistral yollardakı sıxlığı nəzərə alaraq idarə etdiyiniz avtonəqliyyat vasitəsinin sürət həddini aşmayın".

Regionlardan paytaxta sərnişin axını bayramın ilk günlərində paytaxt Bakıdan regionlara axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyada davam edir.

Ümumilikdə regionlardan paytaxta iyunun 4-dən 5-nə qədər 14 908 nəfər sərnişin daşınıb.

Bayramın son günü regionlarımızdan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyəti şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallara ezam olunacaq.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti