Xəzər Xəbər

Bakıda 7 axşam qiyabi məktəbi fəaliyyətini dayandıracaq

Cəmiyyət | 16:39 • 31 May 2019
Bakıda 7 axşam qiyabi məktəbi fəaliyyətini dayandıracaq

Azərbaycanda fərdi təhsilə cəlb olunan 15 yaşa qədər şəxslər I sinfə başlayan şagirdlərin 0,01 faizini təşkil edir.


Bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev media nümayəndələri üçün keçirilən təlimdə bildirib.


F. Həmzəyev qeyd edib ki, fərdi təhsilə cəlb edilən şəxslərə gündəlik 12-13 saat dərs keçirilir: "Onlar VIII sinifdən sonra eksternat qaydada imtahan verib attestat ala bilirlər. Fərdi təhsilə cəlb edilən şəxslər əsasən, 15-25 yaş arası olur".


O vurğulayıb ki, Bakı şəhərində 7 axşam qiyabi məktəbi fəaliyyət göstərir: "1 ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Axşam məktəblərinin ləğv edilmə səbəbi icbari təhsilin 9 illik olması ilə bağlıdır. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Axşam məktəblərində 18-45 yaş arasında olan şəxslər təhsil alırdı". (ONA)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti