Xəzər Xəbər

Azərbaycanda əhali ən çox bu xəstəlikdən əziyyət çəkir

Cəmiyyət | 15:52 • 17 May 2019
Azərbaycanda əhali

Fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.

Səhiyyə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 455 min 745 nəfər yararlanıb. Müraciət edənlərin 279349 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.

Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 104 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb.

Müayinələr zamanı 21426 nəfər hospitalizə olunub, 56083 şəxs dispanser nəzarətinə alınıb, 1802587 nəfər əlavə müayinələrə cəlb olunub.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 99 min 233 nəfər sağlamlaşdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi keçirilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti