Xəzər Xəbər

Azərbaycanda satılan nərəcinsli balıqlar Rusiya və Çində süni şəkildə yetişdirilənlərdir

Cəmiyyət | 15:44 • 14 May 2019
Azərbaycanda satılan nərəcinsli balıqlar Rusiya və Çində süni şəkildə yetişdirilənlərdir

Azərbaycanda bazarda satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis Idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.


Onun sözlərinə görə, Azərbaycanda satılan nərəcinsli balıqlar əsasən, Rusiya və Çində süni şəraitdə yetişdirilib.


E.Süleymanov sosial şəbəkələrdə nərəcinsli balıqların ovlanması ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirərək deyib ki, həmin video 2015-ci ilə aiddir:"Videogörüntüdə olanlar Azərbaycan vətəndaşı olsalar da, brakonyerlik halı Azərbaycan hövzəsində deyil, Rusiya ərazisində-Dağıstanda baş verib".


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov bildirib ki, Azərbaycanda son vaxtlar ərzində nərəcinsli balıqların yetişdirildiyi fermalar formalaşıb:"Onlar da bazara artıq öz məhsullarını çıxarırlar. Amma bazara çıxarılan balıqlar daha çox idxal edilmiş nərəcinsli balıqlardır". (Trend)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti