Xəzər Xəbər

Bunları edirsinizsə, gizli şizofren ola bilərsiniz DİQQƏT!

Cəmiyyət | 16:09 • 6 May 2019
Bunları edirsinizsə, gizli şizofren ola bilərsiniz
Müasir dövrümüzdə intiharların sayı artıb. Sosial problemlər əsas səbəb kimi göstərilir. Həyatımızda həqiqi mənada ölüm diləyərək yaşayan insanlar görürük, amma onlar intihara cəhd etmir. Sadəcə yaşadığına üsyan edir. Deməli, insanın özünü öldürməyə qərar verməsi asan deyil, insanın öz canına qıymasının da qırmızı xətti var.

Statistikaya görə, intihardan dönənlərin çoxu sonradan həyata dəyər verir və bir daha özünə sui-qəsdə cəhd etmir.

Düşünülmüş şəkildə, xüsusi stresslə intihara cəhd insanın gələcək ölümünü tezləşdirməsidir. İnsanın ən instinktiv, ən dəhşətli qorxusu ölümdür. İnsan bu qorxu ilə doğulur.

Həyatda yaşamaq üçün limiti bitəndə isə ölüm qorxusu hissi güclənir. Artıq qorxu vəhşətə çevrilir. Bu zaman ya güclü yaşamaq hissi gəlməli və insan həyatını dəyişməli, ya da ölümün üstünə getməlidir.

Çinlilər hesab edir ki, insan həyatını "yandırdıqda" - düzgün yaşamadıqda ömrünün 30 ilini birdən "xərcləyir" və gələcəkdən ömür "borc götürür". Belə 30 ili 4 dəfə "bor" götürmək olar.

Digər bir məsələ, daim bədbinlik içərisində yaşamaqdır. 3 gün sistematik bədbin fikirlərə dalmaq, hüznlü musiqilər dinləmək, fimlərə baxmaq və s. depressiyaya gətirir. Bu, boz rəngli həlim bir enerjidən sərt teksturaya kimi dəyişə bilər. Əgər fikir və hisslərin sərhəd tanımadığını düşündüyümüz və hiss etdiyimiz anda kainata yayıldığını nəzərə alsaq, dünyada baş verənlərə, o cümlədən intiharlara görə hər birimizin məsuliyyət daşıdığını bilərik.

Hər bir kəsdə müxtəlif psixoloji problemlər gizli, şüuraltında mövcuddur. Psixi xəstəlikliklər qrip kimidir. İçimizdə gizlənib, şərait yaranan kimi üzə çıxır. Ən yayğın şizofreniya xəstəliyi o qədər sadədir ki, hər birimizdə onun əlamətlərini müşahidə edə bilərik.


Məsələn, əgər siz yolda gedəndə ağacları, divarda naxışları sayırsızsa, deməli, gizli şizofreniya xəstəsisiniz. İntihar edən şəxslərdə də gizli şizofreniya ola bilər, amma bunu nə özü, nə də ətrafdakılar sezər. İntihar isə xəstəliyin ağırlaşdığı vaxta düşər.

Bizim cəmiyyətdə səhiyyə mədəniyyəti zəifdir. Həkimə yalnız xəstələnəndə gedirik. İnsanlar psixi xəstəliklərə qorxulu, yoluxucu bir dərd kimi baxır, əgər qohumunda beləsi varsa, ondan utanır. Bir xatırlayın, ruhi xəstələri görəndə qulaqlarını çəkib "Allah iraq eləsin" deyirlər.

Bundan əlavə, KİV-də intihar hadisələri emosionnallıqdan kənar yalnız fakt olaraq göstərilməlidir. İntihar haqqında yazılar sui-qəsdə təhrik xarakteri daşımamalıdır. İntihar hallarını bəzən etiraz, hətta "qəhrəmanlıq" kimi təqdimetmə cəhdləri olur. Azərbaycanda da bununla bağlı nümunələr var. Biri intihar edəcəm deyə körpüyə çıxmış, yüksək vəzifəli dövlət rəsmisi isə buna təsadüfən şahid olub onun problemini həll etmişdi.

Bundan sonra bir neçə nəfər bu yolla istədiklərini almaq istədi. Amma dövlət məmuru həmişə intiharçının yanında olmayacaq.

İntihar nə igidlikdir, nə də zəiflik. Bu, sosial, psixoloji bir faktdır.

psixoloqGülnara İnanc
medicina.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti