Xəzər Xəbər

Bakıda bu yollar bağlı olacaq - SİYAHI

Cəmiyyət | 09:28 • 5 May 2019
Bakıda bu yollar bağlı olacaq -

Bu gün paytaxtın bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşdırma Bakıda "Küləyə qalib gəl" şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Bakı Marafonu-2019" ilə əlaqədardır.

Qeyd edək ki, marafonun marşrut xətti Dövlət Bayraq Meydanından Dənizkənarı Milli park boyu - Azadlıq meydanından Neftçilər prospekti ilə hərəkət edərək Yusif Səfərov küçəsindən keçməklə 10-cu zavod dairəsi və tunel vasitəsilə Heydər Əliyev Mərkəzinədək, Heydər Əliyev Mərkəzindən hərəkətin əksi istiqamətində əlavə yolla Bakı Olimpiya stadionu istiqamətində nəzərdə tutulub.

Marafon iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və yarışın təhlükəsiz başa çatdırılması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi bildirir ki, təhlükəsizliyi təmin etmək məqsədilə bu gün saat 10:00-dan 15:00-dək avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Eyni zamanda, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – "28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçiriləcək. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti