Xəzər Xəbər

Vakant vəzifələri tutmaq üçün 57 namizəd ərizə verib

Cəmiyyət | 11:52 • 16 Mart 2019
Vakant vəzifələri tutmaq üçün 57 namizəd ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 28-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.


DİM-dən xezerxeber.az-a bildirilib ki, martın 16-na olan məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün 57 nəfər ərizə verib. Ən çox müraciət Əqli Mülkiyyət Agentliyində (4 vakant yerə 16 nəfər) qeydə alınıb.


Qeyd edək ki, müsahibəyə çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i isə B növünə (inzibati icraçı) aiddir.


Müsahibədə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə martın 30-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti