Xəzər Xəbər

Avtobus dayanacaqları ilə bağlı yeniliklər olacaq

Cəmiyyət | 14:19 • 15 Mart 2019
Avtobus dayanacaqları ilə bağlı yeniliklər olacaq

Nazirlər Kabinetinin 4 mart 2019 tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərin bir qismi də avtobus dayanacaq məntəqələri ilə bağlıdır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, avtobus dayanacaq məntəqələrinin növləri və ölçüləri, yerləşdirilməsi, təchizatı, reyestri kimi bütün vacib məsələlər bu tələblərdə öz əksini tapıb:

"Tələblərin icrası sayəsində biz artıq paytaxtın inzibati ərazisində avtobus dayanacaq məntəqələri ilə bağlı çatışmazlıqların tamami ilə aradan qaldırılmasına nail olacağıq.

Həmçinin avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğun təşkili hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin maneəsiz axınının təmini baxımında müsbət nəticələr əldə etməyə imkan verəcək.

Qeyd edim ki, bu günə qədər BNA tərəfindən təşkil edilən avtobus dayanacaq məntəqələri bu tələblərə tam uyğundur”.

M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakı şəhərində 200-ə yaxın dayanacaq məntəqəsi təşkil edilib:

"Onların bir qismi vətəndaş müraciətləri, bir qismi isə aparılan təhlillər nəticəsində təşkil edilib. Bununla yanaşı ötən dövr ərzində BNA tərəfindən 50 yerdə cib tipli avtobus dayanacaq məntəqəsi təşkil edilib. Yenilərinin təşkil edilməsi ilə yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğunlaşdırılması istiqamətində də intensiv işlər görülməkdədir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti