Xəzər Xəbər

Dələduzluqda təqsirləndirilən iş adamına 11 il həbs cəzası verildi

Cəmiyyət | 17:13 • 10 Dekabr 2018
Dələduzluqda təqsirləndirilən iş adamına 11 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı, "Qarabağ” sudan istifadə edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.


Məhkəmənin hökmü ilə T.Səlimov 11 il azadlıqdan məhrum edilib.


İttihama görə, T.Səlimov Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə 17 mərtəbəli bina inşa etdirib. O, həmin binada inşaat qaydalarının pozulmasına görə tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib. Buna baxmayaraq, T.Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb. O, R.Bəylərovu aldadaraq, yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrinin 300 dollar olmaqla, 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli saxta müqavilə tərtib edib. T.Səlimov icraçı qismində sənəd imzalayaraq, "Qarabağ” sudan istifadə edənlər Assosiasiyasının möhürünü vurub, R.Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq 7231 manat alıb. İstintaq orqanı tərəfindən T.Səlimova Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Qeyd edək ki, T.Səlimov bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti