Azərbaycanda yetkinlik
yaşına çatmayanlara tütün məmulatlarından istifadəyə təklif və ya tələb
etməklə onların tütündən istifadə prosesinə cəlb edənlər cərimənələcək. XəzərXəbər xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif edilir.
Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 3-cü bənd əlavə edilir.
Yeni
əlavəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla,
verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə
onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat
məbləğində cərimə ediləcək.