Xəzər Xəbər

İsveçdə deputat seçilən 20 yaşlı gənc: “Evdə Azərbaycan dilində danışırıq”

Cəmiyyət | 21:42 • 23 Sentyabr 2018
İsveçdə deputat seçilən 20 yaşlı gənc:

Xəbər verdiyimiz kimi, azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı həmyerlimiz Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır.


Avropa ölkəsində deputat mandatı qazanan V.Quliyev azvision.az-ın suallarını cavablandırıb.


V.Quliyev bildirib ki, 1998-ci ildə Bakı şəhərində anadan olub. Atası İlham Quliyev və anası Aybəniz Quliyeva Zəngilan rayonunda dünyaya gəliblər. 2006-cı ildən İsveçdə yaşayır. 2015-ci ildə hakimiyyətdə olan partiyaya üzv olub. 2016-cı ildə partiyanın Haninge əyalətində Gənclər təşkilatına sədr seçilib. 2017-ci ildən isə Stokolm Universitetinin tələbəsidir: "Sosial, diplomatiya və beynəlxalq münasibətlər üzrə təhsil alıram. İsveçdə hakimiyyətdə olan Sosial Demokratlar Partiyasından Haninge əyalətindən parlamentə millət vəkili seçilmişəm. 20 yaşım var və Haninge əyalətinin fəal gənclərindən biriyəm. Həm də təmsil etdiyim partiyanın fəal üzvüyəm. Bu səbəblərdən seçkidə iştirak etdim və uğur qazandım”.


Deputat bildirib ki, seçildiyi Haninge əyalətində azərbaycanlılar da yaşayır: "Burada 13-15 azərbaycanlı ailə var... Azərbaycan mənim üçün əzizdir. Hər yay və qış fəslində Azərbaycana gəlirəm. Paytaxt Bakı və Azərbaycanın bütün rayonları hər il daha da gözəlləşir. Biz evdə Azərbaycan dilində danışırıq. Azərbaycan mənim sevimli vətənimdir”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti